Siyasət 17:47 24.06.2018

Dövlət Dumasının sədri Bakıda

Rusiya Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodinin başçılıq etdiyi nümayəndə heyəti iyunun 24-də Azərbaycana rəsmi səfərə gəlib.

Qaynarinfo xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Rusiya Federal Məclisi Dövlət Dumasının sədrini Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov qarşılayıb. 

Vyaçeslav Volodinin rəhbərliyi ilə Azərbaycanda səfərdə olan nümayəndə heyətinin Azərbaycan prezidenti İlham Əliyev və Milli Məclisin spikeri Oktay Əsədovla bir araya gəlməsi gözlənilir.