Ölkə 12:00 11.12.2017

Dövlət Gömrük Komitəsinin polkovnik-leytenantı həbs edildi

Bu il oktyabr ayının sonlarında Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşı, dövlət gömrük polkovnik-leytenantı Həsənov Rəhim Səlim oğlu Gürcüstan respublikası ərazisində küllü miqdarda psixotrop maddə ilə saxlanılıb.

Qaynarinfo xəbər verir ki, ölkə.az-ın əldə etdiyi məlumata görə, hazırda Gürcüstan hüquq-mühafizə orqanları tərəfindən istintaq altında saxlanılan R.Həsənov barəsində qanunsuz olaraq psixotrop maddələrin saxlanılması maddəsi ilə cinayət işi başlanıb və barəsində həbs qətimkan tədbiri seçilib. 

Qeyd edək ki, 1978-ci il təvəllüdlü R.Həsənov uzun illərdir ki, DGK-də çalışıb. Həsənov Bakı Dövlət Universitetinin hüquq fakultəsində sonra isə Rusiya Gömrük Akademiyasında təhsil alıb. Araşırmalarımız zamanı məlum olub ki, Gürcüstan Respublikasından olan Rəhim Həsənov tez-tez şəxsi işləri ilə əlaqədar olaraq vətəninə gedib-gəlib. 

Baş vermiş faktla əlaqədar Dövlət Gömrük Komitəsinin (DGK) mövqeyini öyrənmək mümkün olmayıb.