Ölkə 14:56 12.06.2018

Dövlət Komitəsinin Aparat rəhbəri istefa verdi

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Nəriman Qurbanov vəzifəsindən azad edilib.

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, o öz ərizəsi ilə işdən ayrılıb.

Qeyd edək ki, aprelin 11-də keçirilən prezident seçkilərindən sonra hökumətin yenidən formalaşdırılması zamanı Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunub.