FIFA Sierra Leonenin üzvülüyünü dondurub.
Qaynarinfo xəbər verir ki, buna səəb ölkə rəhbərliyinin Sierra Leone Futbol Birliyinin (SLFA) işinə müdaxiləsi olub. Nəticədə FIFA ölkənin bütün futbol turnirlərindəki çıxışını dayandırıb.
"Sierra Leone Futbol Birliyinin milli və ona bağlı olan digər klubları üzvülüyün dondurulması qərarı dəyişdirilənədək beynəlxalq yarışlara qatılmayacaq" deyə FIFA-nın açıqlamasında bildirilir.
Bundan başqa FIFA Sierra Leone İdman Nazirliyindən SLFA prezidenti İşa Yohanssen və baş katibi Kris Kamaranın vəzifəsindən kənarlaşdırılması ilə bağlı qərarını ləğv etməyi tələb edib.
Qeyd edək ki, Sierra Leone Korrupsiyaya Qarşı Mübarizə Komitəsi Yohanssen və Kamara haqqında korrupsiya ittihamı ilə cinayət işi açıb. Bu səbəbdən İdman Nazirliyi onları vəzifədən kənarlaşdırıb.
Onu da qeyd edək ki, Sierra Leone millisi oktyabrın 11-də Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində Qana ilə qarşılaşacaqdı.
Şərhlər