Ekonomiks 15:15 26.12.2013

Dövlət Neft Fondunun nə qədər qızılı var?


İnvestisiya portfelinin 5%-ə qədəri qızılın alınmasına yönələ bilər.

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) qızıl ehtiyatlarını 30 tona çatdırıb.

Qaynar.info
APA-ya istinadən istinadən xəbər verir ki, SOFAZ tərəfindən alınmış qızılın miqdarı hazırda ümumilikdə 970145,5 troya unsiyası və ya 30174,9 kq olub.

Xatırladaq ki, SOFAZ tərəfindən 2012-ci ilin ilk rübündən qızılın alınmasına start verilib və qızılın ölkəyə gətirilməsinə 2013-cü ildən başlanılıb. Bu ilin dekabr ayının sonuna qədər 643450,640 troya unsiyası və ya 20013,55 kq qızıl ölkəyə gətirilib.

Qeyd edək ki, SOFAZ-in strategiyasına əsasən, investisiya portfelinin 5%-ə qədəri qızılın alınmasına yönəldilə bilər.

Qaynar.info