Ekonomiks 14:27 12.04.2014

Dövlət qurumları yoxlanılacaq

Hesablama Palatasının kollegiya iclası keçirilib.

Qaynar.info AzVision.az-a istinadən verdiyi məlumata görə, iclasda dövlət büdcəsindən Bakı Slavyan Universiteti üzrə vəsaitlərin istifadəsinə, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi aparatının saxlanılmasına, Milli Geoloji Kəşfiyyat Xidmətinə və meşələrin inkişafı departamentinə ayrılan vəsaitlərin istifadəsinə və büdcədənkənar vəsaitlərin icrasına dair audit proqramları təsdiq olunub. 

Kollegiya iclasında dövlət büdcəsindən Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutuna ayrılan vəsaitlərin istifadəsi ilə bağlı, eyni zamanda, Göyçay Rayon İcra Hakimiyyətinə dövlət büdcəsinin “Ümumi dövlət xidmətləri”, “Mənzil və kommunal təsərrüfatı” bölmələrindən, dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından ayrılan vəsaitlərin istifadəsinə dair audit proqramları təsdiq edilib.

Qaynar.info