Dünya 13:33 19.02.2018

Dövlət televiziyası: "Suriya ordusu Afrinə girir"

Suriya prezidenti Bəşər Əsədə bağlı qüvvələr Afrin şəhərinə yola düşüb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" Suriya dövlət televiziyasına istinadən xəbər yayıb.
 
Axşam saat 18.00-da Əsəd qüvvələrinin Afrinə çatması gözlənilir. Bu gün və sabah 4, həftə ərzində isə 52 nöqtəyə qüvvələrin yerləşdiriləcəyi deyilir.

Qeyd edək ki, Türkiyə Afrində anti-terror əməliyyatı həyata keçirir. Əsas mübarizə PKK terror təşkilatının Suriya qolu olan YPG və İŞİD-ə qarşıdır. Yayılan məlumatlarda Əsəd rejiminin YPG-yə ağır silahları təhvil vermək şərti irəli sürdüyü deyilir.

Gülşən