DYP maşından düşüb oynayan sürücüləri cərimələdi (VİDEO)
Maşın hərəkətdə olarkən rəqs edilməsi ilə bağlı 10 sürücü cərimələnib.
Qaynarinfo xəbər verir ki, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov ARB TV-yə açıqlamasında sürücüləri bu cür hərəkətlərə yol verməməyə çağırıb:
"Bakı şəhəri üzrə yayımlanan videolar əsasında təsminən 10 sürücü məsuliyyətə cəlb edilib. Bu cür addım təhlükəyə və faciəyə səbəb ola bilər".
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər