Foto 10:56 14.05.2018

DYP-nin satdığı oğurluq nömrə ilə bağlı müəmma hələ çözülməyib (FOTO)

Xəbər verdiyimiz kimi İslahat.Az saytının jurnalisti Elşən Gəncəviyə (Nəcəfov)  DYP tərəfindən satılan 90-EG-987 avtomobil seriya nömrəsi oğurluq çıxıb.

Qaynarinfo-nun verdiyi xəbərə görə, nömrə taxılandan bir neçə saat sonra jurnalistin avtomobili elə DYP tərəfindən saxlanılaraq cərimə meydançasına aparılıb. Səbəb kimi də adıçəkilən nömrənin oğurluq olduğu göstərilib. Jurnalist E.Gəncəvi nömrənin az əvvəl DYP tərəfindən ona verildiyini təsdiq edən sənədləri təqdim etsə də vəziyyət dəyişməyib.

Bu gün aldığımız məlumata görə, satılan nömrə ilə bağlı  müəammalı vəziyyət hələ də qalmaqdadır. Belə ki, Elşən Nəcəfovun müraciət etdiyi qurumlardan bəziləri ona satılan nömrənin oğurluq olduğunu desələr də, bəziləri isə nömrədə heç bir problem olmadığını bildirirlər. Yaranmış problem ilə bağlı Elşən Nəcəfov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və ictimaiyyətə müraciət edib.

İslahat.az xəbər portalının təsisçisi və baş redaktoru Rövşən Nəcəfovdan son durum ilə bağlı rəy aldıq.
 
Baş redaktor bildirdi ki, yaranmış qalmaqalın səbəbi işini məsuliyyətsiz görən vəzifə adamlarıdır: "Yaranmış problemin həlli ondan ibarətdir ki, Respublika DYP-si arayış verməlidir ki, satılan nömrədə heç bir problem yoxdur. Həmin arayış isə Nəsimi Rayon 21-ci Polis Bölməsinə təqdim edilməlidir. Problemin həlli sadədirsə, niyə problem problem olaraq qalsın”.