Dünya 12:05 12.11.2018

Eboladan ölənlərin sayı 170 nəfərə çatdı

Konqo Demokratik Respublikasında ebola epidemiyası səbəbilə ölənlərin sayı 170 nəfərə çatıb. 

Qaynarinfo xəbər verir ki, iyul ayının sonundan bəri müşahidə edilən virusa 329 nəfərin yoluxduğu təxmin edilir. Bu günə qədər xəstəlik müşahidə edilən 100 nəfər isə sağalıb. 

Ərazidə 8 avqustda başlayan kampaniyada 28 min 727 nəfər peyvənd edilib. 

Qeyd edək ki, ilk dəfə 1976-cı ildə Konqoda müşahidə edilən ebola epidemiyası bu günə qədər 10 minlərlə insanın ölümünə səbəb olub.

Gülşən