Dünya 14:03 01.12.2018

Eboladan ölənlərin sayı 200-ə çatdı

Konqo Demokratik Respublikasında müşahidə edilən ebola epidemiyası nəticəsində ölənlərin sayı 200 nəfərə çatıb.

Qaynarinfo xəbər verir ki, iyul ayından bəri 428 nəfərdən 380-inin ebola virusu daşıdığı məlum olub. Onlardan 200-ü ölüb, digərləri isə sağalıb. 48 ölüm faktının səbəbi isə hələlik bilinmir. 

8 avqustda başlanan peyvənd kampaniyası 38 min 18 kişini əhatə edib. 

Qeyd edək ki, ebola ilk dəfə 1976-cı ildə Konqoda üzə çıxıb. 2013-cü ildən bəri yenidən müşahidə edilən epidemiya 2017-ci ilə qədər 11 mindən çox insanın ölümünə səbəb olub.

Gülşən
 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!