Mərhum prezident Əbülfəz Elçibəyin Mərdəkanda olan bağ evi dağılmaq üzrədir. 

Qaynarinfo xəbər verir ki, Musavat.com-un müxbiri Əbülfəz Elçibəyin qohumu, müstəqil jurnalist Çingiz Özgürlə birgə eks prezidentin ömrünün son illərini keçirdiyi bağ evinə baş çəkib.

Birmərtəbəli, kürsülü olan ev bərbad vəziyyətdədir. Xüsusilə, 2015-ci ildə baş verən yanğın zamanı ev və içindəki əşyalar yararsız hala düşüb. Tavan və döşəmə tamamilə sıradan çıxıb. Həmçinin, Ə.Elçibəydən qalan bəzi şəxsi əşyalar da yanğında məhv olub.

Musavat.com-a danışan Çingiz Özgür vaxtilə Azərbaycana rəhbərlik etmiş Əbülfəz Elçibəyin xatirəsini yaşadan evin təmir və bərpaya ehtiyacı olduğunu bildirdi.