Dünya 11:47 20.05.2018

Çeçenistanda terror: 7 nəfər öldü

Çeçenistanın paytaxtı Qroznıda terror hadisəsi törədilib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, şəhərdəki kilsələrdən birinə edilən bombalı hücum nəticəsində 2-si polis, biri sadə vətəndaş olmaqla 3 nəfər həyatını itirib. Hücumu təşkil edən 4 terrorçu isə polis tərəfindən öldürülüb.

Çeçenistanın lideri Ramzan Kadırov hadisə ilə bağlı mətbuata açıqlama verib. O, hücumu təşkil edənlərin məqsədinin cəmiyyəti ələ keçirmək olduğunu bildirib.

Təhlükəsizlik artırılıb, faktla bağlı cinayət işi açılıb.