Sənət 11:50 24.05.2018

"Ədəbiyyat adamı": 5 yazıçımız mükafatlandırıldı

Azərbaycan Yaradıcılıq Fondu yeni layihəyə başlayıb.

Fonddan Qaynarinfo-ya verilən xəbərə görə, "Ədəbiyyat adamı” adlanan bu layihə çərçivəsində istər ölkə daxilində, istərsə də ölkə xaricində çoxşaxəli, çoxspektrli tədbirlər, konfranslar, poeziya gecələri, görüşlər, kütləvi açıq mühazirələr, ödənişli qapalı seminarlar keçirilməsi, mükafatların verilməsi nəzərdə tutulub.

Bu proyekt çərçivəsində yaxın aylarda Rusiya, Gürcüstan, Türkiyə, İtaliya, Almaniya, Polşa və Serbiyada silsilə ədəbiyyat tədbirlərinin keçirilməsi üçün hazırlıqlar gedir.

Fond "Ədəbiyyat adamı” layihəsi çərçivəsində artıq ilk işini yekunlaşdırıb. Qurumun daxili müzakirələri nəticəsində aşağıdakı beş yazıçıya mükafat təqdim edilib.

Nəriman Əbdülrəhmanlı
Səlim Babullaoğlu
Seyfəddin Hüseynli
Elnarə Akimova
Şirindil Alışanlı

Mükafatın məbləği 1000 manatdır. Mükafat qaliblərə bu həftə təqdim ediləcək.

"Ədəbiyyat adamı” mükafatının hər il may ayında beş nəfərə təqdim edilməsi nəzərdə tutulub.