Sənət 20:18 22.01.2015

“Ədəbiyyat qəzeti”nə yeni baş redaktor təyin olunub

 Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin İclası keçirilib.

Qaynar.info APA-ya istinadən xəbər verir ki, Birliyin mətbuat xidmətindən, gündəlikdəki məsələlər “Ədəbiyyat qəzeti”nin baş redaktorunun təsdiqi və internet resurslarının təkmilləşdirilməsi məsələlərinin müzakirəsindən ibarət olub.

Müzakirə zamanı “Ədəbiyyat qəzeti”nin baş redaktor əvəzi Azər Turan qəzetin baş redaktoru vəzifəsinə təsdiq olunub.

İnternet resurslarının təkmilləşdirilməsi məsələsinin müzakirəsi zamanı qərara alınıb ki, AzYB.net saytı yenilənsin və “Vikipediya”da Azərbaycan yazarları haqqında məlumatlar, yaradıcılıqlarından nümunələr müntəzəm olaraq bir neçə dildə təqdim edilsin.

Qeyd edək ki, yazıçı Elçin Hüseynbəyli “Ədəbiyyat qəzeti”nin baş redaktoru vəzifəsindən istefa verəndən sonra Azər Turan onun vəzifəsini əvəz edirdi.

Qaynar.info