Video 13:29 27.04.2018

Efirdə vağzalı çalındı: bəy və gəlin studiyada (VİDEO)

ARB TV-nin "Səhər-səhər” proqramında maraqlı hadisə yaşanıb.

Qaynarinfo xəbər verir ki, aparıcı Elgiz Əkbər 2 gəncin uzun müddətdir gözlədikləri xoş günlərini efirdə reallaşdırıb.

Vağzalı sədaları altında studiyaya daxil olan gənclərin xına mərasimi olduqca maraqlı və musiqi sədaları altında baş tutub.

Məşhurlar tərəfindən bir çox hədiyyələrlə mükafatlandırılan gənclər xoş günlərinə çox sevindiklərini dilə gətiriblər.