Video 12:44 10.03.2018

Efirdə Zaurla etdiyi bu zarafata görə müğənni Mətanətin nişanı qayıtdı (VİDEO)

Dünən "5/5"-in qonaqlarından biri Mətanət Əsədova olub. 

Qaynarinfo milli.az-a istinadən xəbər verir ki, xanım müğənni sözügedən verilişdə sonuncu dəfə qonaq olanda Zaurla canlı yayımda etdikləri hərəkət üzündən ona gələn nişanın geri qayıtdığını açıqlayıb. 

Növbəti elçisinin də geri qayıtmaması üçün Mətanət bu dəfə Zaurun "təxribat"ına getməyəcəyini bəyan edib. 

Qeyd edək ki, cütlük "5/5"-in Mətanətin qonaq olduğu həmin buraxlışında bir-birlərinə qarşı olduqca səmimi hərəkətləri ilə diqqət çəkirdilər.