Uzun müddətdir efirlərdən uzaq düşən, hər kəsi sevimlisi, əməkdar artist Fizuli Hüseynov yenidən tamaşaçıların qarşısına çıxacaq.

Belə ki, əməkdar artist yeni mövsümdə ATV telekanalında yayımlanacaq "Sevgi naminə" serialında baş rolda olacaq.

Qaynarinfo xəbər verir ki, Samir Qulamovun qruluşçu rejissoru olduğu serialda Anar Heybətov, Günəş Mehtizadə, Aysel Nazim, Rüfət Nəzər, Əli Əliyev, Vüsalə Şahvəliqızı, Elçin Məmmədli, Asya Atakişiyeva, Əjdər Zeynalov kimi bir çox məşhur simalar da yer alıb.

Qeyd edək ki, dram janrında olan "Sevgi naminə" serialı yaxın günlərdə tamaşaçıların qarşısına çıxacaq.