Dünya 09:48 14.07.2018

Əfqanıstanda ölənlərin sayı 132 nəfərə çatıb

Pakistanın Mastunq və Bannu ərazilərində mitinq keçirilən yerlərə terror hücumu təşkil edilib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Mastunqa edilən hücumda 128 nəfər öldürülüb, 200-dən çox adam yaralanıb. Ölənlər arasında Avami Partiyasının millət vəkili namizədi Nəvabzadə Sirac Raysani də var. Ötən günlərdə bu partiyanın rəhbəri qətlə yetirilmişdi. Bannudakı teraktda isə 4 nəfər öldürülüb, 32 nəfər yaralanıb. Ərazidə hədəflərdən biri İslam Üləmaları Cəmiyyəti Partiyasının rəhbər şəxslərindən biri Əkrəm Xan Durrani də olub, lakin o xəsarət almayıb.

Gülşən