Dünya 14:08 24.02.2018

Əfqanıstanda 3 partlayış: 21 nəfər öldü, 2 əsgər əsir düşdü

Əfqanıstanın paytaxtı Kabil və Helmand vilayətində 3 fərqli nöqtəyə terror hücumu təşkil edilib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Kabildəki partlayışlar ABŞ səfirliyi və NATO binası yaxınlığında törədilib. Nəticədə 18 əsgər ölüb, 2 əsgər isə əsir düşüb. Partlayışın hansı terror qruplaşması tərəfindən törədildiyi bilinmir.

Helmand vilayətindəki hücumda isə 3 təhlükəsizlik əməkdaşı həlak olub, çox sayda mülki vətəndaş yaralanıb. Hücumu Taliban terror təşkilatı öz üzərinə götürüb. 

Gülşən