Dünya 16:04 31.08.2013

Əfqanıstanda dəhşət: 5 ölü, 25 yaralı

Əfqanıstanın cənubunda, Qəndahar əyalətində partlayış baş verib.

Anspress xəbər verir ki, terrorçu-kamikadzenin avtomobildə özünü partlatması nəticəsində azı 5 nəfər ölüb, 25 nəfər də yaralanıb. Kamikadze polis onu "Kabil Bankı"nın yaxınlığında keçid məntəqəsində saxladıqda özünü partladıb.

Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib. Lakin partlayışın Əfqanıstanın cənubunda fəal olan və "Taliban"la əlaqəli olan qruplaşmanın üzvləri tərəfindən törədildiyi ehtimal edilir. "Taliban" hərəkatının mənzil-qərargahı da məhz Qəndahar əyalətində yerləşir.

Qaynar.info