Dünya 16:41 14.12.2019

Əfqanıstanın Qaradağ bazasına hücum: 30-dan çox hərbçi öldürüldü

Taliban qüvvələri Əfqanıstanın Qani şəhərinin Qaradağ rayonunda yerləşən hərbi bazaya gecə vaxtı hücum təşkil ediblər.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, xüsusi təyinatlı qüvvələrin olduğu bazaya sızan Taliban yaraqlıları bütün hərbçiləri öldürüblər. İnsidentlə bağlı açıqlama verən Taliban sözçüsü Zəbihullah Mücahid 32 əsgəri öldürdüklərini deyib. Kabil hökuməti isə ən az 25 hərbçinin öldürüldüyünü açıqlayıb. 

Qazni əyaləti Talibanın güclü olduğu bölgələrdəndir. Onlar demək olar ki, bütün rayonları nəzarət altında saxlayırlar.
 
Camal