İdman 09:33 06.09.2013

Əfran İsmayılov: “Belələrinə baş qoşmaq fikrim yoxdu”

“Millidə oynamaq mənim üçün şərəfdi. Yığmaya İsraillə oyunda kömək edə bilməyəcəyim üçün üzülürəm”. Bu sözləri Fanat.az-a açıqlamasında “Bakı”nın yarımmüdafiəçisi Əfran İsmayılov deyib.

Əfran onu zədəsi ciddi olmadığı halda, millinin heyətində İsrailə yollanmadığını düşünənləri anlamır: “Yığmada çıxış etmək başqa məsuliyyət, başqa istəkdi. Bunu sözlə ifadə etmək belə çətindi. Ölkənin bayrağı altında can qoymağı kim istəməz? Vəziyyətə fərqli don geydirməyi özünə borc bilənləri anlamıram. Ümumiyyətlə, zədəmin oynamağa imkan verdiyi halda, kənarda qalmağa çalışdığımı dilə gətirənlərin tutduğu mövqe bəllidi. Belələrinə baş qoşmaq fikrim yoxdu. Zəhmət çəkib soruşsunlar, öyrənsinlər. İnşallah, milli İsraildən uğurlu nəticə ilə dönər. Tsiklin növbəti matçlarında çox böyük həvəslə yığmanın formasını geyəcəyimi gözləyirəm”.

Qaynar.info