Dünya 14:11 24.09.2013

Əfsanəvi avtomobilin sonu çatdı


Almaniyanın Volkswagen avtomobil konserni Volkswagen Transporter-T2 mikroavtobusunun istehsalını dayandırır.
Konsernin Braziliyadakı zavodunda istehsal edilən və dünyada hippie-mobile kimi tanınan mikroavtobus bundan sonra rəsmi satışlarda olmayacaq.
 
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, konsernin Braziliyadakı zavodu T2 istehsal edən yeganə müəssisə idi.
 
2-ci Dünya Müharibəsindən sonra Avropanın həyatında xüsusi yer tutan bu mikroavtobus yaradıcı insanlar arasında həddən ziyadə populyar idi.
 
1960-cı illərdən bəri dünyada 10 milyon T2 satılıb.
Volkswagen konserni artıq 2 ildir ki, bu mikroavtobusun Volkswagen Bulli adlı "reinkarnasiya"sını istehsal edir.
 
Qaynar.info