İdman 23:59 10.11.2017

Əfsanəvi boksçuya inanılmaz qadağa: Sənə olmaz!

Çili qanunları Taysonu geri dönməyə vadar etdi

Əfsanəvi boksçu Mayk Tayson problemlə üzləşib. Belə ki, Çiliyə getmək istəyən Tayson sərhəddən geri dönməyə məcbur olub.

Sputnik Azərbaycan Abcnews-a istinadən xəbər verir ki, buna boksçunun xarici vətəndaşlarla bağlı qanunu pozması  səbəb olub. Çili qanunlarına əsasən ölkəsində narkotik vasitə ilə bağlı cinayətdə əli olan şəxslər sərhəddən buraxılmaya bilər.

Qeyd edək ki, boksçu 2007-ci ildə narkotik vasitədən istifadə və saxlanılma ittihamı ilə tutulub və ona 3 il şərti həbs cəzası verilib.

Qaynarinfo.Az