İdman 11:25 27.05.2013

Əfsanəvi futbolçunun qürubu… (ARAŞDIRMA)

“Nou Camp bir konsert salonudursa, Ronaldinyo da bir orkestr şefidir!”

Bütünzamanların ən böyük futbol ustalarından biri olan Ronaldinyonun əsiladı Ronaldo de Assis Moreiradır. Lakin o, daha çox Ronaldinyo və yaRonaldinyo Gaucho olaraq tanınır. Ronaldinyo portuqal dilində “BalacaRonaldo” mənasını verir. Bu ləqəbin səbəbi isə Ronaldinyonun uşaqyaşlarında Ronaldoya pərəstiş etməsidir. Gaucho isə Rio Grande do Sulbölgəsində futbolçulara verilən “xoşbəxt” ayaması anlamına gəlir.

Faciədən sonrakı xoşbəxtlik

Ronaldinyo21 mart 1980-ci ildə Brazilyanın Porto Alegre şəhərində futbolu sevənbir ailənin uşağı olaraq dünyaya göz açmışdır. Uşaq yaşlarında çox kasıbbir həyat yaşamışdır. Ailəsini dolandırmaq üçün “Gremio FootballPortoalegrense” adlı avtodayanacaqda işləyən atası Joao Da SilvaMoreira, bir evin hovuzunda elektrik bağlantısını düzəldərkən həyatınıitirmişdir. Bu faciə baş verəndə Ronaldinyo 8 yaşında idi. Bu ölümxəbəri balaca Ronaldinyonun həyatında böyük bir boşluq yaratdı, ancaq o,mübarizə aparmaqdan qorxmadı və dim-dik ayaqda qaldı.

QardaşıAsiss ailəyə yardım edirdi. Həm işləyir, həm də həvəskar bir futbolkomandasında fəaliyyət göstərirdi. Digər qardaşı Roberto da futbolaolduqca maraq göstərirdi, amma ayağında yaranan ciddi problem onufutboldan uzaqlaşdırdı. Qardaşı Assisi örnək alan Ronaldinyo futbolamaraq göstərir və ilk olaraq mini futbola addım atır. Olduqca yaxşı birfutbolçu olan Ronaldinyo qısa zamanda şəhərdə tanınmağa və sevilməyəbaşladı. Qardaşının da burda oynaması onu daha da sevindirirdi, ancaqqəfildən zədələnməsi onun ehtiyatda qalmasına səbəb oldu. Daha sonraAssis Ronaldinyonun meneceri olur. Brazilyalı gənclərin 99%-nin etdiyikimi: “Futboluda pul qazanmanın və ailə dolandırmağın ən vacibyollarından biri olan yaşıl meydanda hər kəs Ronaldinyo qədər şanslı olabilməz”.
 
Hələ 14 yaşında nə qədər böyük bir istedad olduğunuəvvəl ailəsinə və sonra isə azərkeşlərə göstərən Ronaldinyo qardaşınında köməyi ilə “Qremio” futbol kampında futbol oynamağa başladı... KlublaRonaldinyo arasında heç bir anlaşma yox idi, amma qısa zamandainanılmaz oyun stili ilə 17 yaşlı gənc milli komandada, U-17-ninheyətinə qəbul olundu.

“Yeni Pele yolda...”

Misirdətəşkil edilən çempionatda, U-17 komandasında özünü göstərən Ronaldinyoturnirin ən çox qol vuran futbolçusu olmuşdur. Brazilyaya geriqayıtdığında “Qremio” klubu tərəfindən uzadılan sözləşmə imzalayır.1998-ci ildə rəsmi bir sözləşmə ilə “Qremio” klubunda oynayan Ronaldinyoo vaxtlar ailəsini dolandıra biləcək qədər pul qazanmağa başladı.

1998-ciildə sadəcə 4 oyunda çıxış edən Ronadinyo heç bir qola imza atmamışdır.“Plyaj futbolu”ndakı oyunların təsirindən xilas olan Ronaldinyoyavaş-yavaş yaşıl örtüklü meydanlara alışır. Aradan bir müddət keçdikdənsonra yenidən meydanlara qayıdan Ronaldinyo çıxış etdiyi 17 matçdavurduğu qollarla və mükəmməl asisti ilə yadda qalır. İkinci ilində 5,üçüncü ilində isə 8 qol vuran istedadlı oyunçu Brazilyada getdikcəsevilirdi.

1999-cu ildə Wanderley Luxemburgonun çalışdırdığımilli komandaya çağırılan Ronaldinyo həmin il heyranı olduğu ulduzfutbolçuların arasına qatıldı və ilk beynəlxalq qolunu Venesuela millikomandasına vurdu. Bu qol heç də sıradan qol olmadı, həm yadda qalan,həm də Amerika Kubokunu Btazilyaya qazandıran qol oldu. Ertəsi günBrazilya mediasında “Yeni Pele yolda” sözləri qəzetlərin manşeti oldu.

Gecə klublarının daimi müştərisi...

İlktəklifin gəlməsi heç də gecikmədi. İngiltərənin köklü klublarındansayılan “Lids Yunayted”  “Gremio” klubunun qapısına “elçi” düşən ilkkomanda oldu. “Gremio” klubu Ronaldinyodan əsla əl çəkməyəcəklərinibildirsə də, “Lids”in Ronialdinyoya etdiyi təklif çox cazibədargörünürdü: Brazilyalı oyunçuya tam 75 milyon avro ödəniləcəkdi. Sonralaringilis klubu malliyə böhranı keçirmişdi və klub əvvəlki nüfuzunu hələdə bərpa edə bilmir. Beləliklə, “Gremio” “Lids”in təklifini geriqaytarır. Ancaq həm “Gremio”, həm də brazilyalı futbolsevərlərRonaldinyonun qısa vaxt ərzində gedəcəyinin fərqində idilər.Hə, klubunqapısını ikinci dəfə vuran komanda Hollandiyanın futbolçu fabrikasısayılan “PSV Eindohven” oldu. Bu təklifi də geri çevirə bilən “Gremio”üçüncü dəfə gələn təklifə boyun əyməli oldu. Hər təklifə bir az dahatəcrübə qazanan qardaşı və meneceri Assis, qapıya üçüncü dəfə gələnfransız komandası “Paris Saint German” ilə razılığa gəldi. Bu transferdə“Gremio” klubu 4,5 milyon dollar gəlir əldə etdi.

“PSJ” klubundakıilk illəri heç də parlaq keçmədi. Xüsusilə, Paris gecələrinə vurğunluğu,gecə klublarına getməsi üzündən baş məşqçi Luis Fernandezlə aralarısoyudu və bir daha ulduzları barışmadı. İlk ilində 28 oyunda 9 qolvurdu. Bu klubda sıxıntı çəkdiyi hər halı ilə bilinirdi. Ronaldinyo“PSJ” də artıq oynamaq istəmirdi. Daha böyük bir komandaya getməkistədiyini açıq bir şəkildə ifadə edirdi. Ancaq sözləşməsi olduğundanməcburi komandada qaldı. 2003-cü ildə “PSJ” Avropa kuboklarına vəsiqəqazana bilmədilər. Bu isə Ronaldinyonunun ürəyincə oldu: o artıq başqaklublarda çıxış edə biləcəkdi...


Çempion Ronaldinyo

2002-ciildə Brazilyanın Dünya kubokunu qazanmasında böyük bir pay sahibiolanlardan birisi də Ronaldinyo idi. Nə Koreyada, nə də Yaponiyada“ölümcül üçlük” - Ronaldo, Ronaldinyo və Roberto Karlosu kimsə saxlayabilmədi. Xüsusilə, yarım final oyununda İngiltərə millisinə 30 metrdənvurduğu inanılmaz və möhtəşəm qol turnirin yadda qalan hadisələrindənbiri olmuşdu. Ancaq matçın sonlarına yaxın Ronaldinyo qırmızı kartalaraq oyundan qovulmuşdu. Buna rəğmən Brazilya millisi finala adınıyazdırmışdı. Finalda da Almaniya millisini məğlub edən Brazilya dünyaçempionu olmuşdur. Ronaldinyo ilk dəfə dünya çempionu adına layiqgörüldü.

Barselona, Ronaldinyo və şou…

Dünyaçempionu olduqdan sonra “elçi”ləri çoxalan Ronaldinyoya “PSV” klubuikinci dəfə transfer cəhdlərinə başladı. Araya daxil olan digər komandaisə “Manchester United” oldu. O vaxtlar David Bekhemin yerinə  yeni birulduz axtaran “Manu” transferi bitirmək üzrə olduğunu mediyaya bildirdi.İngilis mediası həftələrcə Ronaldinyonun Premyer Liqada nələrə qadirola biləcəyini yazdı. Amma bu yazıların hamısı bir hekayə olaraq qaldı.“PSV”-mi, yoxsa “Manchester United”mi? – qəzetlərdən düşməyən manşetdəverilən sual bu idi. Lakin bu söhbətlərin davası gedən vaxt “Barselona”prezidenti Laporta araya girdi və necə deyərlər, işi bitirdi.“Barselona” 27 milyon avro qarşılğında Ronaldinyonu rəsmən 2003-cü ildətransfer etdi. 2003-2004-cü illərdə Ronaldinyo Avropaya adaptasiyaolduğunu həmən göstərməyə başladı. Bunun səbəbi bəlkə də fransız dilinəalışa bilməməsi və ispan dilini daha rahat anlaması oldu. Ya da“Barselona”ya gəldiyi ilk zamanda dediyi kimi, “Özümü evimə gəlmiş kimihiss etdim”.

İlk ilində “Barsa”nın La Liqayı ikinci sıradatamamlamasında pay sahibi oldu. 32 oyunda “ilk 11-lik”də çıxdı və 15 qolvurdu. Samuel Etoo, Juli, Messi və Henrik Larssonun yardımları ilə2004-2005-ci illərdə Barselonaya 5 il aradan sonra 17-ci çempionluğuqazandırdı. Arzusunda olduğu Çempionlar Liqasını 2005-2006-cı ildəqazandı. La Liqada, turnirlərdə ortaya qoyduğu inanılmaz texnikalıoyunu, hiyləgər zərbələri, cərimə meydançasında vurduğu unudulmazqolları azarkeşlərin o, cümlədən bütün dünyanın heyranlığına səbəbolmuşdur.

Mükafatları…

2004-cü ilin martında PeleRonaldinyonu “Yaşayan ən yaxşı futbolçular” siyahısına aldı. Həmin ilindekabırında Ronaldinya FİFA tərəfindən dünya futbolunda ilin ən yaxşıfutbolçusu seçildi. Ronaldinyoyu bu mükafata  157 beynəlxalq komanda başməşqçisi və 145 beynəlxalq komanda kapitanı layiq gördü. UEFA, 2004 –2005 Çempionlar Liqasında sərgilədiyi performansın ardından onu turnirinən yaxşı qolçusu seçdi. Daha sonra Ronaldinyo 2005-ci ildə “Ballon Dor”mükafatına layiq görüldü. Qazandığı finalların, mükafatların ardındandəyəri getdikcə daha da artan Ronaldinyo qısa zaman ərzində Katalonnəhəngi Barselona ilə “nikah” təzələdi və dəyəri tam 150.000.000 eurotəşkil edirdi.

Son

Aradan illər keçdikdən sonraRonaldinyo İtaliyanın “Milan” klubuna transfer olunan ulduz futbolçuorada “Barselona”da oynadığı kimi şou göstərə bilməmişdi və tək yolartıq Brazilya idi. Orada da bir çox klublarda forma geyinmişdi.Hal-hazırda isə “Atletiko Mineiro” klubunun şərəfini qoruyur. Deyəsən,artıq dünya bir əfsanənin də çöküşünün şahidi olur...

Oğuz Ayvaz
Qaynar.info