İdman 12:16 20.07.2013

Əfsanəvi qapıçı öldü

"Mançester Siti"nin əfsanəvi qapıçısı Bert Trautman dünyasını dəyişib.

İdman24.az xəbər verir ki, 89 yaşlı Trautman İspaniyadakı evində vəfat edib. 

Qeyd edək ki, 1956-cı ildə FA kubokunun final matçında "Birmingem" klubuna qarşı oynayan "Siti"nin qapısını qoruyan alman əlcək ustası boynundakı qırığa rəğmən matçın sonuna qədər mübarizə aparmışdı. 

İkinci Dünya Müharibəsində əsir düşən Trautman 18 yaşında azadlığa buraxılmış və futbolçu olmuşdu. 

Qaynar.info