Ekonomiks 11:17 21.01.2015

Əhalinin banklara nə qədər borcu var?

Ölkə ərazisində vətəndaşlara verilən kreditin həcmi 18.2 milyard manata çatıb. 

Dövlət Statistika Komitəsindən Qaynar.info-ya verilən məlumata görə, yanvar-noyabr aylarında maliyyə-kredit təşkilatları tərəfindən ölkənin hüquqi və fiziki şəxslərinə verilmiş kreditlərin məbləği 19.1 faiz artaraq əvvəlki illərdə verilmiş kreditlər də nəzərə alınmaqla 18.2 milyard manata çatıb. Kreditlərin 79.5 faizi uzun müddətə verilib, 5.4 faizinin ödəmə vaxtı keçib.

Eyni zamanda komitədən verilən məlumata görə, əhalinin banklardakı əmanətləri 2014-cü ilin on bir ayının göstəriciləri ilə müqayisədə 10.4 faiz artaraq 7.1 milyard manata çatıb. Əmanətlərin 4.5 milyard manatını və ya 63.2 faizini milli valyuta, 2.6 milyard manatını isə xarici valyuta təşkil edib və vəsaitin 5.4 milyard manatı özəl banklara qoyulub.

Qaynar.info