Əhməd Davudoğlu yeni partiyasını elan etdi

Əhməd Davudoğlu yeni partiyasını elan etdi

Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu yeni partiyasını elan edib.

Qaynarinfo xəbər verir ki, sabiq baş nazir bu gün Ankarada Gələcək Partiya adlı siyasi təşkilatın tanıtım toplantısı keçirib.

Partiyanın təsisçiləri siyahısında 154 nəfərin adı yer alıb. Onlardan bəziləri hazırkı hakim Ədalət və İnkişaf Partiyasından istefa verən şəxslərdir. 

Gələcək Partiyanın şüarı belədir: "Bizim bir gələcəyimiz var”. 

Qeyd edək ki, 1959-cu ilin fevralın 26-da anadan olmuş Ə.Davudoğlu 2009-2014-cü illərdə Türkiyənin xarici işlər naziri, 2014-2016-cı illərdə baş naziri vəzifəsini tutub. O, 2019-cu ilin sentyabrın 13-də hakim Ədalət və İnkişaf Partiyasından istefa verib.  
Blogum-Qaynar
XƏBƏRLƏR
BLOGLAR