Dünya 17:01 04.02.2013

Əhmədinejad kosmosa uçacaq

İran Prezidenti Mahmud Əhmədinejad bu yaxınlarda bəyan edib ki, aşkar təhlükələrə baxmayaraq, o, özünü kosmosa uça biləcək adam kimi görür.
Trend-in məlumatına görə, bu barədə İranın "ISNA" agentliyi xəbər verib.

"Mən əminəm ki, biz 4-5 ildən sonra kosmosa adam göndərə biləcəyik. Riskə baxmayaraq, mən birinci olmağa hazıram", - o deyib.

Daha sonra Əhmədinejad İranın son vaxtlar əldə etdiyi elmi tərəqqi üzərində dayanıb və qeyd edib ki, sanksiyaların təsirinə baxmayaraq bu tərəqqi davam edir.

"Bəzi ölkələr İranın çox pis vəziyyətdə olduğunu deyirlər, lakin hər şeyə rəğmən, biz tərəqqiyə doğru gedirik", - Əhmədinejad bidlirib.

Qaynar.info