Dünya 11:45 03.08.2013

Əhmədinejad: "Plan hazır, Türkiyə təhlükədədir"

Tehranda "Dünya Qüds Günü" münasibətilə çıxış edən İran prezidenti Mahmud Əhmədinejad Türkiyənin təhlükədə olduğunu söyləyib. 

Qaynar.info xəbər verir ki, Tehran Universitetinin həyətində çıxış edən Əhmədinejad imperialist ölkələrin regiondakı bəzi ölkələr üçün planlar hazırladığını və aralarında Türkiyənin də olduğu bu ölkələrin təhlükədə olduğunu deyib: "Türkiyə təhlükədədir. İraq, İordaniya, Səudiyyə Ərəbistanı, Körfəz və Şimali Afrika ölkələri təhlükədədir. İmperialistlərin bütün bu ölkələr üçün planları var".  

Regiondakı ölkələrin qərblilərə inanmamalarını isətəyən prezident bu qüvvələrin vəfasız olduğunu, region ölkələrindən istifadə etdikdən sonra istifadə edilmiş əski kimi kənara atacaqlarını bildirib. 

Qaynar.info