Dünya 23:11 29.04.2013

Əhmədinejadı Təbrizdə döymək istədilər - ŞOK

Aprelin 28-də Azərbaycanın qədim paytaxtı Təbrizə səfər edən Mahmud Əhmədinejad bir qrup yerli sakinin hücumuna məruz qalıb. Təbrizin Nəsr Qərzülhəsənə sandığına (bank) pul qoyanlar haqlarının tapdanmasına görə prezidentin qarşısına etirazlarını əks etdirən plakatlarla çıxıblar. 

GünAz.TV-nin xəbərinə görə, etirazçılardan biri qəfildən Əhmədinejada hücum edib və onu döymək istəyib. Lakin mühafizəçilər tez prezidenti onların əlindən ala biliblər. Hadisə ilə bağlı tutulanların olduğu deyilir. Əhmədinejad isə etirazlara baxmayaraq, Təbriz şəhərində yerli camaat qarşısında çıxış edib. O etirazçıların tələbinin araşdırılacağına da söz verib. Əhmədinejad həmçinin 2012-ci ilin avqustunda Şərqi Azərbaycan vilayətində baş vermiş təbii fəlakətə də toxunub. “Zəlzələdən zərər çəkmiş kənd və şəhərlərə səfər etdikdə bölgənin təbii fəlakətə məruz qalmış ərazilərində bərpa işlərinin yekunlaşması elan olunacaq” - deyə, İran prezidenti bildirib.

Bu arada Cənubi Azərbaycanın Sulduz şəhəri ilə bağlı  narahatlıq doğuran xəbərlər artır.  Məlumata görə, bura mühacirət edən kürdlər şəhərin nəqliyyat sistemini ələ  keçirməyə cəhd göstərir. Qərbi Azərbaycanın Müdafiə  Komitəsinin yaydığı məlumata görə, türklərə məxsus böyük torpaq sahələrini alaraq ələ keçirəndən sonra indi isə kürdlər onlarla taksi almaqla bu şəhərin nəqliyyat sistemini azərbaycanlıların əlindən çıxarmağa çalışırlar. Məlumata görə, terrorçu kürd təşkilatları kürdləri planlı şəkildə türk şəhərləri, o cümlədən Makı, Urmiya, Salmas, Tikantəpə, Sayinqala və başqa Azərbaycan şəhərlərinə köçdürüb, əhalinin tərkibini dəyişməyə çalışırlar. Hesab olunur ki, azərbaycanlı elektoratı parçalamaq məqsədilə kürdlərin bura yerləşdirilməsində İran rejimi də ciddi şəkildə maraqlıdır.

Qaynar.info