Maqazin 20:26 01.02.2015

Əkiz bacılardan növbəti biabırçılıq - VİDEO

"Xəzər TV"də yayımlanan "Hər şey daxil" verilişində növbəti dəfə anlaşılmazlıq yaranıb. Qaynar.info azxeber.com-a istinadən xəbər verir ki, aparıcılar Sevil və Sevinc bacıları verilişdə qonaq olan gənc müğənni Tural Everestdən Azərbaycanın hansı bölgəsindən olduğunu soruşublar. 

Müğənni isə cavabında Balakən rayonundan olduğunu deyiblər. Rayonun adını eşidən aparıcılar Balakənin harada yerləşdiyini bilməyiblər. Digər aparıcı isə cavabında Balakənin Naxçıvanda olduğunu deyib.

Qeyd edək ki, Azərbaycanın şimal-qərbində Böyük Qafqazın cənub yamaclarında 923 kvadrat kilometr sahə tutan Balakən rayonu şimalda Rusiya Federasiyası (Dağıstan MR), qərb və cənub-qərbdə Gürcüstan, şərqdə isə Zaqatala rayonu ilə həmsərhəddir.

Onu da qeyd edək ki, bu aparıcıların canlı efirdə ilk səhvi deyil. Onlar bundan öncə canlı yayımda Azərbaycan manatını cırmışdılar.


Qaynar.info