Sənət 16:39 07.08.2014

Əkrəm Əylisli Azərbaycanı tərk etdi

“Daş yuxular” romanı ilə böyük qalmaqala səbəb olan yazıçı Əkrəm Əylisli Azərbaycandan gedib.

Bu barədə AzVision.az-a Ə.Əylislinin yaxın çevrəsindən məlumat verilib. Bildirilib ki, yazıçı bir neçə vaxtdır, Azərbaycanı tərk edərək Türkiyəyə gedib.

Xalq yazıçısı adından məhrum edilən Ə.Əylisli AzVision.az-a açıqlamasında hazırda Azərbaycanda olmadığını təsdiqləyib: “Düz deyirlər ki, Azərbaycanda deyiləm, hazırda Türkiyənin Marmaris şəhərindəyəm”.

Əkrəm Əylisli AzNews.az-a isə bildirib ki, ölkədən getməsilə bağlı verilən məlumatın heç bir əsası yoxdur: “Avqust ayının axırlarında Azərbaycana, doğma Bakıma dönəcəm”.

O, hazırda Türkiyədə istirahət etdiyini bildirib: “İl ərzində çox işlədim, yaradıcılıq məni yormuşdu. Odur ki, nəvələrimi də götürüb Türkiyəyə gəldim. İndi onlarla burada kef edirəm. Hazırda bütün ailə bir yerdədir və istirahət edirik. Məncə, hamı kimi bizim də istirahət etmək haqqımız var”. 

Qaynar.info