Ölkə 17:33 31.01.2013

Əkrəm Əylisliyə yumurta atdılar (FOTO)

Bir qrup Azərbaycan gəncləri, "Qaçqın və Məcburi Köçkün Gənclər" İctimai Birliyi yazıçı Əkrəm Əylislinin "Daş yuxular" əsərinə etiraz olaraq onun evinin qarşısında icazəsiz aksiya keçirməyə cəhd ediblər.

Gənclər aksiyada "Əkrəm ara, düşmənə uydun nədən, cəhənnəm ol ölkədən!", "Sənin bu ölkədə yaşamağa haqqın yoxdur!", "Erməniyə ar olsun, Əkrəm ara kor olsun!", "Azərbaycan sənə dar gəlir!", "Öz qələmini xalqa çevirənlərə ar olsun!" kimi şüarlar səsləndiriblər.

Aksiya icazəsiz olduğundan, polislər aksiyanı dağıdıblar.

Gənclər Əkrəm Əylislinin şəklini yandırıblar və yumurta atıblar.

Trend