Foto 22:08 27.06.2019

Əkrəm İmamoğlu bələdiyyə sədri mandatını aldı (FOTO)

İstanbulda iyunun 23-də keçirilən bələdiyyə seçkilərində qalib gələn Əkrəm İmamoğluna bələdiyyə sədri mandatı təqdim olunub.

Qaynarinfo xəbər verir ki, hazırda tərəfdarları qarşısında çıxış edən Əkrəm İmamoğlu görəcəyi işlərlə bağlı məlumat verir.

Daha sonra İstanbul Bələdiyyəsinin inzibati binasında təhvil-təslim olacaq.

Bələdiyyə sədrinin vəzifəsini icra edən şəhər valisi Ali Yerlikaya postunu Əkrəm İmamoğluna təhvil verəcək.

Qeyd edək ki, iyunun 23-də İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsinə keçirilən təkrar seçkilərdə Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu ən yaxın rəqibi, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırımdan 853 mindənartıq səs toplayaraq, qalib gəlib.