Ölkə 15:47 14.07.2017

Eks-deputat: "İçimizdə üzdəniraq məmurlar var, onlardan qurtulmalıyıq"

"Onlar hər zaman olub, indi də var və bundan sonra da olacaq".

Bunu "Qaynarinfo"ya açıqlamasında eks-deputat Lalə Abbasova deyib:

"Millət vəkili olanda bəzi şeylərdən narazı idim. İçimizdə üzdəniraq məmurlar var  ki, onlardan qurtulmalıyıq deyirdim. Vaxt gəlir, hamısı bir-bir ələkdən keçirilir. Dünyada mükəmməl ölkə yoxdur. Hamısının çatışmayan cəhətləri var. Hər ölkədə millətinə xəyanət edən məmurlar var. Onlar hər zaman olub, indi də var və bundan sonra da olacaq. Həyat mübarizədir. Əsas odur ki, yaşayırıq və bununla mübarizə aparırıq".

O, həmçinin Dağlıq Qarabağ məsələsinə də toxunub və münaqişənin sülh yolu ilə həll olunmasının tərəfdarı olduğunu qeyd edib:

"Şükr ki, müharibə yoxdur, qan tökülmür. Düzdür müharibə şəraiti var, amma çalışırıq ki, bu məsələləri sülh yolu ilə həll edək ki, bizim cavanlarımızın qanı axmasın. Düşünürəm ki, Qarabağ məsələsi də öz həllini tapacaq. Sadəcə bir az daha səbr etməliyik".

Çingiz Səfərli

Qaynarinfo.Az