Dünya 12:57 22.11.2019

Eks-deputat Sarkisyan Rusiyada həbs edildi (SƏBƏB)

Vətənində oğurluq üstündə axtarışda olan Ermənistan parlamentinin keçmiş üzvü həbs edilib.

Qaynarinfo mk.ru-ya istinadən xəbər verir ki, Ermənistan polisi rusiyalı həmkarları ilə birgə keçirdiyi əməliyyatda 1968-ci il təvəllüdlü Levon Sarkisyanı Zelenoqradda yaxalayıb. Hazırda onun Ermənistana ekstradisiyası məsələsi həll edilir.

Qeyd edək ki, istintaqın məlumatına görə, 1999-2007-ci illərdə deputat olmuş Sarkisyan 2008-ci ildə gömrük komitəsinin keçmiş rəhbəri Armen Avetisyanın evinə qarət hücumu əmri verib.

Alpər