Ölkə 11:10 12.02.2018

Ekspedisiya rəisi: “Bayılda sürüşmə prosesi aktiv fazada davam edir”

"Hazırda Bayıl sürüşmə zonasında sürüşmə prosesi aktiv fazada davam edir”.

Qaynarinfo xəbər verir ki, bunu "Report”a açıqlamasında ərazidə olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, sürüşmə ərazisinə yaxın getmək qorxuludur.