Ekonomiks 16:20 04.07.2018

Ekspert: "2 gündə ölkə iqtisadiyyatına on milyonlarla ziyan dəyib"

2 gün ərzində elektriklə bağlı problem ölkə iqtisadiyyatına on milyonlarla ziyan vurub.

Bunu Qaynarinfo-ya iqtisadçı-ekspert Natiq Cəfərli deyib. O, dəymiş zərərin tam hesablanması üçün müxtəlif sahələrlə bağlı rəqəmlərin olmasına ehtiyac olduğunu bildirib:

"Dəymiş zərəri tam hesablamaq hələlik mümkün deyil. Bunun üçün müxtəlif sahələrdən - ticarətdən, xidmət sahəsindən, istehsaldan, nəqliyyatdan və s. rəqəmlər daxil olmalıdır ki, ümumi rəqəm çıxarılsın. Amma hadisənin miqyasını nəzərə alsaq düşünürəm ki, burada on milyonlarla manatdan söhbət gedəcək. Çünki, elektrik enerjisinin kəsilməsi bütün ölkə ərazisini əhatə etmişdi və bütün sahələrdə problem yaşanmışdı. Yenə dediyim kimi bunun dəqiq hesablanması üçün bütün sahələrlə bağlı əlimizdə rəqəmlər olmalıdır. Açığı tezliklə belə rəqəmlərin olacağını düşünmürəm".
 
Çingiz Səfərli