Sağlamlıq 11:07 28.01.2020

Ekspertdən xəbərdarlıq: “Koronavirusun Azərbaycana gəlmək təhlükəsi çox böyükdür”

"Koronavirusun Azərbaycana gəlmək təhlükəsi çox böyükdür”.

Bunu Qaynarinfo-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov deyib. 

Onun sözlərinə görə, Çindən Azərbaycana gələn bütün ərzaqlar yüksək temperaturda bişirilməli, sənaye malları isə dezinfeksiya olunmalıdır:
 


"Azərbaycanda Koronavirus epidemiyasından qorunmaq asan deyil. Təəssüf ki, ölkədə bu virusdan qoruyucu imkanlar da zəifdir. Koronavirusun Azərbaycana gəlməsi təhlükəsi də az deyil. Qida Təhlükəsizliyi Agentliyi bu məsələ ilə bağlı lazımi addımları atıb. Lakin heç kəsə sirr deyil ki, Çindən sənaye malları, meyvə-tərəvəz, geyim əşyaları gətirilir. Virus bu yolla Azərbaycana keçə bilər. 

Mən bunun çıxış yolunu görmürəm. Düşünürəm ki, ərzaq mallarını yüksək temperaturda bişirmək, paltarları yumaq və ütüləmək, sənaye qablarını alan kimi dezinfeksiya etmək lazımdır. Bu virusdan qorunmaq üçün çıxış yollarından biridir. Lakin qida ilə bağlı heç bir təhlükə yoxdur. Qida Təhlükəsizliyi Agentliyi bütün maşınları dezinfeksiya etdirir”.

Bahar Rüstəmli