Dünya 21:40 11.12.2012

Ekvador Bəşşər Əsədə “sahib çıxmağ”a hazırdır

Ekvador hakimiyyəti müraciət edəcəyi təqdirdə Suriya prezidenti Bəşşər Əsədə siyasi sığınacağın verilməsi məsələsini nəzərdən keçirməyə hazırdır.

Moderator.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu bəyanatla Cənubi Amerika dövlətinin başçısı Rafayel Korrea çıxış edib.

Siyasətçi jurnalistlərə müsahibəsində Suriya liderinin vətəndaş hüquqlarına hörmətlə yanaşmağa hazır olduğunu ifadə edib.