Xəbər lenti

Ekvador polisi Meksika səfirliyinə basqın etdi, diplomatlar yaralandı (VİDEO)
Video 09:30 06.04.2024

Ekvador polisi Meksika səfirliyinə basqın etdi, diplomatlar yaralandı (VİDEO)

Ekvador polisi Meksikanın bu ölkədəki səfirliyində əməliyyat keçirib.

Qaynarinfo xəbər verir ki, bu barədə Meksikanın xarici işlər naziri Alisiya Barsena X platformasında məlumat yayıb.

XİN başçısı bildirib ki, Meksikanın Ekvadordakı səfirliyinin bir neçə diplomatı Ekvador polisinin diplomatik missiyaya hücumu zamanı xəsarət alıb.

"Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının kobud şəkildə pozulmasını və Ekvadorda meksikalı diplomatik personalın xəsarət aldığını nəzərə alaraq, Meksika Ekvadorla diplomatik münasibətləri dərhal kəsdiyini elan edir", deyə Alisiya Barsena bildirib.

Qeyd edək ki, Ekvador hakimiyyəti Meksikanın Quitodakı səfirliyinin ərazisində respublikanın keçmiş vitse-prezidenti Xorxe Qlasa siyasi sığınacaq verilməsi qərarını qanunsuz hesab edir. Bu barədə Cənubi Amerika ölkəsinin Xarici İşlər Nazirliyi bəyanat yayıb.

"Diplomatik sığınacaq verilməsi qeyri-qanuni hərəkətdir və ədalətdən yayınmağa xidmət edir", deyilən bəyanatda qeyd olunur ki, Meksika hökuməti mühakimə olunmaq üçün Xorxe Qlası ekstradisiya etməlidir.

Ekvadorun keçmiş vitse-prezidenti korrupsiya işində ittiham olunur. Qlas artıq 2017-ci ildən 2022-ci ilə qədər həbsxanada cəza çəkib. Meksika Xarici İşlər Nazirliyi ötən ilin dekabrında ölkənin Kitodakı səfirliyindən sığınacaq istədiyini bildirib. Səfirlik polisə Qlası həbs etməyə icazə verməyib.
 
Ekvador prezidentinin administrasiyası X sosial şəbəkəsində məlumat yayaraq, keçmiş vitse-prezident Xorxe Qlasın səfirlikdə saxlanıldığnı təsdiqləyib. Məlumata görə, Ekvador ədliyyə sistemi tərəfindən həbs cəzasına məhkum edilən Qlas həbs edilərək səlahiyyətli orqanların nəzarətinə verilib.


 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->