"El Chapo"ya hökm oxundu

Meksikalı narkotik qaçaqmalçısı, "El Chapo" ləqəbli Xoakin Quzmana azadlıqdan ömürlük məhrumetmə və əlavə 30 il həbs cəzası verilik.

Qaynarinfo CNN-ə istinadən xəbər verir ki, ABŞ-da baş tutan məhkəmə prosesində həmçinin "El Chapo"nun 12,6 milyard dollar ödəməsi barədə qərar çıxarılıb. "Narkotik kralı" Koloradodakı "Supermax" həbsxanasında saxlanılacaq. 

Qeyd edək ki, 62 yaşlı X.Quzman bugünə qədər Meksikada 2 dəfə həbsxanadan qaçmağa müvəffəq olub. O, narkotik ticarəti, quldurluq, korrupsiyada ittiham edilib.

Gülşən

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR