Siyasət 14:35 16.04.2013

“El” hərəkatından aksiya qərarı

Prezident seçkilərinə doğru getdikcə siyasi müstəvidə proseslər də gərginləşməyə başlayıb. Müxalifət seçkilərdə siyasi mübarizə aparmaqla yanaşı, narazı elektoratı küçələrə toplayaraq kütləvi aksiyalar, mitinqlər keçirməyi də planlaşdırır. Bu istiqamətdə İctimai Palata rəhbərliyi aprel, may aylarında Azərbaycanda böyük etiraz aksiyaları keçirəcəkləri indidən bəyan ediblər. 

Demokratik Qüvvələrin Məşvərət Məclisi də aprelin 28-ə aksiya təyin edib.  Siyasi arenada hay-küylə gələn “El” hərəkatı da aksiyalara qoşulmaq niyyətindədir. 

Modern.az-a açıqlamasında “El”in təşəbbüs qrupunun üzvü Eldəniz Quliyev onların da etiraz aksiyalara qoşulacağını istisna etməyib.   

“Biz bu gün Milli Şuranın yaradılması ilə bağlı fəaliyyət göstəririk. Aparıcı partiyalarla razılıqlar əldə etmişik. Qərar olarsa, əlbəttə qanuna uyğun olaraq hər hansı kütləvi tədbirdə iştirak edə bilərik”.   

“El” rəsmisi konkret aksiyaların nə zaman üçün nəzərdə tutulduğunu isə açıqlamayıb.  

Qaynar.info