Ölkə 09:49 31.01.2013

“El Klassiko”da sülh

Ötən gün İspaniya kubokunda 1/2 finalın ilk oyunu keçirilib.

Madrid “Real”ı öz meydanında əzəli rəqibi “Barselona”nı qəbul edib və matç 1:1 hesabı ilə başa çatıb. Oyunda hesabı 50-ci dəqiqədə Fabreqasın qolu ilə “Barselona” açıb. 83-cü dəqiqədə isə Varane hesabı bərabərləşdirən nəticəyə imza atıb.

Yarımfinalın digər qarşılaşması bu gün baş tutacaq.

Madriddə “Atletiko” “Sevilya” ilə qarşılaşacaq.