Maqazin 22:32 28.01.2019

Elariz Azərbaycanı tərk edib?

Müğənni Elariz Məmmədoğlu Azərbaycanı birdəfəlik tərk etməsi barədə yayılan xəbərlərə aydınlıq gətirib.

Sənətçi "ölkə.az"ın əməkdaşı ilə söhbətində bildirib ki, hazırda Amerikadadır və bir müddət sonra Azərbaycana dönəcək:

"Səfərim 2-3 ay davam edəcək. Burada yaradıcılıq işləri ilə də məşğulam. Green card vasitəsilə ilə gəlmişəm, Amerikaya birdəfəlik köçmək fikrim yoxdur".
Qeyd edək ki, son illərdə bir neçə məşhur, o cümlədən teleaparıcılar Səxavət Nur, Aynur Talıbova (DJ Aynur), Günel Hümbətova, Günel Musəvi Amerikaya köçüblər.