Foto 20:07 27.10.2017

Elariz oğlunu evləndirir - FOTO

Tanınmış müğənni Elariz Məmmədoğlu oğlunu evləndirməyə hazırlaşır.

Müğənni bu haqda Milli.Az-a danışıb:

"Oğlum hal-hazırda Bakıda tətildədir. Yoldaşımla birlikdə üstünə düşmüşük ki, gəl səni evləndirək. O isə təhsilini başa vurmamış evlənmək istəmir. Gələcək həyat yoldaşını seçməyi isə bizim öhdəmizə buraxıb".

Qeyd edək ki, müğənninin oğlu Ankarada təhsil olur.

Qaynarinfo.Az