Foto 15:45 11.04.2018

Əlcəzairdə təyyarə qəzası: 257 ölü (YENİLƏNİB)

Əlcəzairdə Boufarik hava limanında hərbi təyyarə qəzaya uğrayıb.

Qaynarinfo Euronews-a istinadən xəbər verir ki, təyyarədə azı 100 nəfərin, bəzi mənbələr isə 200 nəfərin olduğunu deyir. 

Rusiya istehsalı olan təyyarədəkilərin çoxu hərbçilər olub. Ölü və yaralıların sayı barədə yekun məlumat hələlik yoxdur.
 
***
Əlcəzair Milli Müdafiə Nazirliyinin məlumatına görə təyyarədəki 247 sərnişin və 10 nəfər ekipaj üzvü dünyasını dəyişib. Ölənlərdən 100 nəfər hərbçi olub. 

Gülşən