Ölkə 16:54 16.07.2018

Eldar Əzizov Bakı meriyasına gətirildi - Yeni təyinat

Eldar Əzizov Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini təyin olunub. 

APA-nın xəbərinə görə, Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Eldar Əzizov Bakı Şəhər İH başçısının müavini təyin olunub.

Bakı Şəhər İH-dən verilən məlumata görə, E. Əzizov bu gün vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, E. Əzizov buna qədər Səbel rayon İH başçısı vəzifəsində çalışıb.

Xatırladaq ki, hazırda Bakı şəhər İH başçısı təyinatı yoxdur.